PAŞA Bank kartınız artıq
Apple Pay ilə!
PAŞA Bank kartınızı Apple Pay-ə əlavə edin, ödənişlərinizi sürətli
və təhlükəsiz həyata keçirin
Bir toxunuşla ödəniş edin
Asan
Kartınızı fiziki olaraq daşımağa ehtiyac olmadan "Apple" cihazınızla ödəniş edin
Təhlükəsiz
Kartınızın nömrəsi və əməliyyatlarınız "Apple" serverlərində saxlanılmır və heç bir halda izlənilmir
İnternetsiz
İnternet şəbəkəsinə qoşulmadan
"Apple Pay" ödənişlərinizi asan və sürətli edə bilərsiniz.
Kartınızı Apple Wallet-ə əlavə edin
PAŞA Bank tətbiqi ilə
Apple Wallet ilə
Sürətli və təmassız ödənişlər etməyə başlayın
"App Store"dan "PAŞA Bank" mobil tətbiqini yükləyin və qeydiyyatdan keçin
"Kartlar" səhifəsindən "Apple Wallet-ə əlavə et" düyməsinə toxunun
Kart məlumatlarını daxil etmək tələb olunmayacaq, yalnız təlimatı izləyin
Asan və təhlükəsiz ödənişlər etməyə başlayın
Wallet tətbiqinə daxil olun
"Apple" cihazınızdakı "Wallet" tətbiqinə
daxil olun
"+"simvoluna toxunun
Ekranın sağ yuxarısında yerləşən "+" simvoluna toxunun
Sadələşdirilmiş qeydiyyatı tamamlayın
Kartınızı skan edin və ya əl ilə məlumatları daxil edin və təlimatı izləyin
Apple Watch
"iPhone" cihazınızda "Apple Watch" tətbiqinə daxil olun və "Wallet & Apple Pay" seçimini edin. "Kredit və ya debit kartınızı əlavə edin"ə toxunun
iPad
"MacBook"da sistem parametrləri bölməsində "Wallet & Apple Pay" seçin və "Kartınızı əlavə edin"ə klikləyin
Mac
"iPad"də ayarlar bölməsində "Wallet & Apple Pay" seçin və "Kredit və ya debit kartınızı əlavə edin"ə toxunun
Kampaniyalar
Apple Pay ilə necə
ödəniş etməli?
iPhone
Face ID ilə ödəniş etmək üçün iPhone-un yan düyməsinə iki dəfə klikləyin, ekrana baxın və daha sonra onu terminala yaxın tutun. Maska taxmısınızsa, iPhone-da şifrənizi daxil etməyiniz tələb oluna bilər.

Touch ID ilə ödəniş üçün barmağınızı Touch ID üzərində basılı saxlamaqla iPhone-u terminala yaxınlaşdırın.

Apple Watch
Saatın uzun yan düyməsinə iki dəfə toxunun və terminal yaxın saxlayın. Siz titrəyiş hiss edəcəksiniz.

Bu simvollardan hər hansı birini gördüyünüz istənilən yerdə Apple Pay ilə ödəniş edə bilərsiniz
Ən çox verilən suallar
Kart daşımağa ehtiyac varmı?
Xeyr. "Wallet"ə əlavə edilən kartınızı artıq fiziki daşımağa ehtiyac yoxdur
Apple Pay hansı cihazlar ilə işləyir?
  • iPhone: iPhone 6 və ya üst modellər
  • Apple Watch: (iPhone 6 və ya üst modellər)
  • iPad: iPad Pro, iPad (5th generation), iPad Air 2, və iPad mini 3 və ya üst modellər
  • Mac: Mac (2012 və ya daha yeni)
Əgər öz kartımı PAŞA Bankın əlavəsində bloklamışamsa, "Apple Pay"dən istifadə etməyə davam edə bilərəmmi?
Xeyr. Əgər kartınızı "PAŞA Bank" mobil tətbiqində bloklamısınızsa, kartınız "Apple Pay"də işləməyəcək.
Cihazımı itirsəm, nə baş verəcək?
Cihazınızı itirdikdə və ya oğurlandıqda onu kilidləmək üçün Find My iPhone funksiyasından istifadə edin. Daha sonra cihazınızı yeni bir şifrə ilə qoruya və ya şəxsi məlumatlarınızı silə bilərsiniz.
Kartımı Wallet-dən necə silə bilərəm?
Kartınızı həm PAŞA Bank tətbiqindən, həm də "Wallet" tətbiqindən silə və ya müvəqqəti dayandıra bilərsiniz
Kartımı Wallet-ə əlavə etmək üçün ödəniş etməliyəm?
Xeyr. "Wallet"ə kartların əlavə olunması tamamilə pulsuzdur
© 2021, PAŞA Bank
*9123 / (+99 412) 496 50 00
Fərdi müştərilər üçün

*8123 / (+994 12) 496 50 04
Korporativ müştərilər üçün