"Apple Pay" ödənişlərinizi yeni mobil tətbiqimizdən "PAŞA Bank" "Mastercard" əməkhaqqı keşbek kartınızla edin, 2% keşbek qazanın!
Kampaniya üzrə əldə olunan keşbek məbləği növbəti ayın ilk 10 günündə köçürüləcək. Kampaniya 31 dekabr tarixinədək qüvvədədir.
"Visa" kartınızla "Apple Pay" ödənişləri müxtəlif endirim və hədiyyələr qazandırır!
"Apple Pay" ödənişlərinizi yeni mobil tətbiqimizdən "PAŞA Bank" "Visa" kartınızla edin, müxtəlif hədiyyə və endirimlər qazanın!
Kampaniya 31 dekabr tarixinədək qüvvədədir. Hədiyyə və endirimlərlə bağlı ətraflı məlumat : almacity.az
Apple Pay ilə necə ödəniş etməli?
iPhone Face ID ilə ödəniş etmək üçün iPhone-un yan düyməsinə iki dəfə klikləyin, ekrana baxın və daha sonra onu terminala yaxın tutun. Maska taxmısınızsa, iPhone-da şifrənizi daxil etməyiniz tələb oluna bilər.
Touch ID ilə ödəniş üçün barmağınızı Touch ID üzərində basılı saxlamaqla iPhone-u terminala yaxınlaşdırın.
Apple Watch Saatın uzun yan düyməsinə iki dəfə toxunun və terminal yaxın saxlayın. Siz titrəyiş hiss edəcəksiniz.
Bu simvollardan hər hansı birini gördüyünüz istənilən yerdə Apple Pay ilə ödəniş edə bilərsiniz
Ən çox verilən suallar
Kart daşımağa ehtiyac varmı?
Xeyr. "Wallet"ə əlavə edilən kartınızı artıq fiziki daşımağa ehtiyac yoxdur
Apple Pay hansı cihazlar ilə işləyir?
iPhone: iPhone 6 və ya üst modellər
Apple Watch: (iPhone 6 və ya üst modellər)
iPad: iPad Pro, iPad (5th generation), iPad Air 2, və iPad mini 3 və ya üst modellər
Mac: Mac (2012 və ya daha yeni)
Əgər öz kartımı PAŞA Bankın əlavəsində bloklamışamsa, "Apple Pay"dən istifadə etməyə davam edə bilərəmmi?
Xeyr. Əgər kartınızı "PAŞA Bank" mobil tətbiqində bloklamısınızsa, kartınız "Apple Pay"də işləməyəcək.
Cihazımı itirsəm, nə baş verəcək?
Cihazınızı itirdikdə və ya oğurlandıqda onu kilidləmək üçün Find My iPhone funksiyasından istifadə edin. Daha sonra cihazınızı yeni bir şifrə ilə qoruya və ya şəxsi məlumatlarınızı silə bilərsiniz.
Kartımı Wallet-dən necə silə bilərəm?
Kartınızı həm PAŞA Bank tətbiqindən, həm də "Wallet" tətbiqindən silə və ya müvəqqəti dayandıra bilərsiniz
Kartımı Wallet-ə əlavə etmək üçün ödəniş etməliyəm?
Xeyr. "Wallet"ə kartların əlavə olunması tamamilə pulsuzdur